Göyçayda ilan kişini başından SANCDI

Hazırda oxunan: Göyçayda ilan kişini başından SANCDI

615794

Göyçayda ilan sancması hadisəsi baş verib.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, hadisə rayonun Şəkər kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onun baş nahiyəsindən dişləyib.
 

Hadisədən sonra ətrafdakı şəxslər dərhal Eldar Əliyevə kömək göstərərək onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib.


Hazırda 54 yaşlı kişinin müalicəsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin