Yevlaxda baş verən qəzanın bəzi TƏFƏRRÜATLARI

Hazırda oxunan: Yevlaxda baş verən qəzanın bəzi TƏFƏRRÜATLARI

615769

Yevlaxda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

Belə ki, dünən gecə saatlarında Yevlaxda baş verən qəzada dünyasını dəyişən 2025-ci il təvəllüdlü Sübhan Əlizadə rayonun 5 saylı orta məktəbin dördüncü sinif şagirdi olub.

Müəllimlərinin sözlərinə görə, məktəbin ən nümunəvi şagirdlərindən olan Sübhan dərslərində əla qiymətlər alırmış.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Sübhan və babası Cabbar Əliyev, Heydər Əliyev prospektində yolu keçmək istəyən zaman Ayxan adlı şəxs idarə etdiyi "BMW" markalı avtomobillə onları vurub.

Qəza nəticəsində 11 yaşlı Sübhan hadisə yerində dünyasını dəyişib, onun babasının vəziyyəti isə ağır olaraq qalır.

Onu da qeyd edək ki, qəzanı törədən Ayxan bərbər olub və avtomobili yeni aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin