Öyrənmənizi sürətləndirmək istəyirsiizsə BUNLARI edin

Hazırda oxunan: Öyrənmənizi sürətləndirmək istəyirsiizsə BUNLARI edin

615700

Çoxlarımız tez-tez yeni məlumat və ya bacarıqları mənimsəməkdə çətinlik çəkirik. Amma onları təkrarlamaq həll yolu deyil. Neyroalimlər motivasiyanın artırılmasının daha təsirli olduğunu aşkar ediblər və bunun üçün mükafatın dəyərini artırmalıdırlar.

Bizim.Media xəbəri verir ki, Virciniyadakı Janelia Tədqiqat Kampusunun alimləri mükafatın ölçüsünün öyrənmə sürətinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini aşkar ediblər.
 

Əvvəllər öyrənmənin mükafatın böyüklüyündən daha çox, əsasən təkrarların sayından və təcrübədən asılı olduğu düşünülürdü. Lakin, təcrübələr göstərib ki, bir tapşırığı yerinə yetirmək üçün böyük porsiya su alan siçanlar kiçik mükafatları olan heyvanlardan daha sürətli öyrəniblər. Çoxsaylı təkrarlar və həftələrlə məşq etmək əvəzinə, siçanların tapşırığı cəmi bir gündə mənimsəməsi üçün on-dan az böyük mükafat kifayət idi.


Tədqiqatçılar böyük mükafatların motivasiya və öyrənmə ilə əlaqəli olan dopamin hormonunun daha güclü və daha uzunmüddətli ifrazına səbəb olduğunu aşkar ediblər. Bu, beynin hər təcrübədən sonra məlumatı daha effektiv şəkildə mənimsəməsinə imkan verdi və heyvanlar tapşırığa daha uzun müddət qoşuldular.

Müəlliflər hesab edirlər ki, nəticələr öyrənmə mexanizmləri haqqında anlayışımızı dəyişdirə və yaddaş, motivasiya və idrak qabiliyyətlərini öyrənmək üçün daha təsirli metodlar hazırlamağa kömək edə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin