Türklərə güzəşt - Viza rüsumu ləğv edildi

Hazırda oxunan: Türklərə güzəşt - Viza rüsumu ləğv edildi

615689

Şengen vizası almaq çətin olsa da, dünyanın bir çox ölkəsində Türkiyə vətəndaşlarına münasibətdə viza prosesi xeyli sadələşdirilib. Son rəsmi qərar Cənubi Asiyanın ən populyar turizm mərkəzlərindən biri olan Şri-Lankadan gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli mətbuatın yaydığına görə, ada dövləti türk pasportu olan vətəndaşlar üçün yeni qaydalar tətbiq edərək səyahət şərtlərini rəsmən sadələşdirib.
 

Qərara əsasən, Şri-Lanka hökuməti Türkiyə vətəndaşlarından tələb olunan 50 dollarlıq turistik ETA (Elektron Səyahət İzni) rüsumunu tamamilə ləğv edib. Bu addım təkcə maddi qənaət təmin etmir, həm də hava limanlarındakı pasport nəzarət məntəqələrində yaşanan bürokratik gözləmə müddətlərini və növbələri minimuma endirir.


Şri-Lankanın bu qərarı ilə birlikdə, Türkiyə vətəndaşlarının tam vizasız, qapıda viza və ya e-viza ilə daxil ola bildiyi ölkələrin sayı qlobal miqyasda 100-ü ötüb. Hazırda Türkiyə vətəndaşları Yaponiya, Cənubi Koreya, Braziliya, Serbiya kimi onlarla ölkəyə vizasız gedə bilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin