Qadınların pensiyasının artırılması təklif edilir - VİDEO

Hazırda oxunan: Qadınların pensiyasının artırılması təklif edilir - VİDEO

615646

Qadınların pensiyasının artırılması təklif edilir.

Bizim.Media “xezerxeber.az”a istinadən məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" müzakirəsi təklif edib.

Deputat deyib ki, qadınlarla kişilərin əməkhaqları arasında fərq var. Ona görə də onların pensiyası xüsusi əmsallarla hesablanmalıdır. O həmçinin qadınların pensiya yaşının azaldılmasını da təklif edib.

Deputat Əli Məsimli də bildirib ki, qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə doğulan qız uşaqları ilə oğlan uşaqları arasında fərqin əvvəlki illərə nisbətən azaldığına diqqət çəkib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bıldırıb ki, Ailə Konsepsiyası hazırlanıb və aidiyyəti dövlət orqanlarına göndərilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin