"Azəriqaz"dan abonentlərə mühüm AÇIQLAMA

Hazırda oxunan: "Azəriqaz"dan abonentlərə mühüm AÇIQLAMA

615626

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bizim.Media bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, "Azəriqaz"ın Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27-31 mayda saat 10:00-dan 17:00-a qədər Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələrinin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.

Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

30 mayda "ASAN Kommunal", 30-31 mayda isə "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək.

"Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər", - deyə İstehsalat Birliyi bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin