Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT

Hazırda oxunan: Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT

615354

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

Bizim.Media “iqtisadiyyat.az”a istinadla xəbər verir ki, Qurbanov Fərhad Talıb oğlu 2026-cı ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdiri vəzifəsinə təyin olunub.

2020–2025-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin Sosial sığorta şöbəsinin müdiri, 2026-cı ilin yanvar ayından etibarən Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdir müavini vəzifələrində fəaliyyətini davam etdirib.
 

1992–1997-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi qazanıb. 1997-ci ildə NORD Elmi-İstehsalat Birliyində mühəndis-iqtisadçı kimi əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə uğurlu fəaliyyət göstərib. 1997–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib, ehtiyatda olan zabitdir.


2001-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışıb. 2001–2005-ci illərdə Suraxanı rayon şöbəsinin Gəlirlər sektorunda müfəttiş, 2005–2019-cu illərdə Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin Proqnoz, uçot və təhlil sektorunda aparıcı məsləhətçi, 2019–2020-ci illərdə Bakı şəhər İdarəsinin Sosial müavinətlər sektorunda aparıcı məsləhətçi, daha sonra Fondun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin