Kürdəmirdə ər arvadını qətlə yetirib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, aralarında yaranmış ailə münaqişəsi zəminində Natiq Araz oğlu Bəşirov həyat yoldaşı, 21 yaşlı Lamiyə İsmayıl qızı Bəşirovanı qətlə yetirib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qadının meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:30 / 24.05.2026
Kürdəmirdə dəhşətli qətl: Ər 21 yaşlı həyat yoldaşını öldürdü
Hazırda oxunan: Kürdəmirdə dəhşətli qətl: Ər 21 yaşlı həyat yoldaşını öldürdü
Hazırda oxunan: Kürdəmirdə dəhşətli qətl: Ər 21 yaşlı həyat yoldaşını öldürdü
615069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































