Rusiya-Ukrayna münaqişəsində azərbaycanlı HƏLAK OLDU

Hazırda oxunan: Rusiya-Ukrayna münaqişəsində azərbaycanlı HƏLAK OLDU

615005

Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, azərbaycanəsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib.
 

Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, Donetsk vilayəti istiqamətində baş verən şiddətli döyüşlərin birində həlak olub.


Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan bəri hər iki tərəfdən döyüşlərdə iştirak edən və həyatını itirən azərbaycanlıların sayı yüzlərlə ölçülür.

Müharibə qurbanları arasında həm Ukrayna ordusunda vuruşan yerli azərbaycanlılar, həm də Rusiyada yaşayan və bu ölkənin ordusuna cəlb olunan soydaşlarımız yer alırlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin