2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib. .
Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2344 nəfər inzibati qaydada həbs olunub.
Günay Şahmar, Bizim.Media

































































































