Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi

Hazırda oxunan: Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi

614917

Rusiya istintaq orqanları terrorçuluğa bəraət qazandırmaqda və xarici agent fəaliyyəti qaydasını iki dəfə pozmaqda ittiham olunaraq qiyabi həbs edilən tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS onunla bağlı cinayət işinin materiallarına istinadən məlumat yayıb.

2025-ci il dekabrın 22-də Moskva məhkəməsi Kasparov barəsində onun Rusiyaya ərazisinə ekstradisiyası və ya deportasiyası halında hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan və ya ölkədə faktiki saxlanıldığı andan etibarən iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Kasparov 1963-cü ildə Bakıda doğulub.

Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin