Mərkəzi Bankın məlumatına əsasən, Bakı ilə regionlar arasında orta kredit faiz dərəcələrində 7%-dən çox kəskin fərq mövcuddur.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, paytaxt Bakı ilə müqayisədə regionlarda kredit şərtlərinin ağır, faizlərin isə yüksək olduğu görünür.
İqtisadçı Xalid Kərimlinin fikrincə, banklar bölgələrdə kredit verərkən daha ehtiyatlı davranırlar. Buna səbəb isə əhalinin gəlirlərinin sabit olmaması və şəffaflıq dərəcəsidir.
Problemin digər bir tərəfi isə girov təminatı ilə bağlıdır. Banklar üçün rayondakı əmlakı girov götürmək o qədər də cəlbedici deyil. Çünki bölgələrdə əmlak bazarı Bakıdakı kimi aktiv və likvid hesab olumur.
Beləliklə, həm gəlirlərin mövsümi olması, həm də girovun aşağı likvidliyi regionlarda kredit faizlərini yuxarı çəkən əsas amillərdir. Ekspertlərin fikrincə, hazırda vəziyyətdən yeganə çıxış yolu isə dövlət xətti ilə verilən güzəştli aqrar və biznes kreditləridir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
07:15 / 23.05.2026
Bölgələrdə niyə kredit faizləri yüksək, şərtlər ağırdır? - VİDEO
Hazırda oxunan: Bölgələrdə niyə kredit faizləri yüksək, şərtlər ağırdır? - VİDEO
Hazırda oxunan: Bölgələrdə niyə kredit faizləri yüksək, şərtlər ağırdır? - VİDEO
614901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































