Bakıda daha bir ünvanda ÖDƏNİŞSİZ parklanma yerləri yaradıldı - FOTO

Hazırda oxunan: Bakıda daha bir ünvanda ÖDƏNİŞSİZ parklanma yerləri yaradıldı - FOTO

614852

Bakının Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında ödənişsiz parklanma məntəqələri və 3 minib-düşmə yeri yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Sözügedən ünvanda parklanma tələbatı və tibb müəssisəsinə gələn axın nəzərə alınaraq "5.15"–"duracaq yeri" yol nişanı quraşdırılmaqla ödənişsiz parklanma məntəqələri, həmçinin "3.28"–"durmaq qadağandır" yol nişanı quraşdırılmaqla 3 minib-düşmə yeri yaradılıb.

Eyni zamanda "5.14"–"minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Bu, xaotik vəziyyətin və nizamsız parklanmanın tənzimlənməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təşkil olunub",- məlumatda deyilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin