Rəşad İsmayılov Qarabağda ekosistemlərin bərpasından DANIŞDI

Hazırda oxunan: Rəşad İsmayılov Qarabağda ekosistemlərin bərpasından DANIŞDI

614752

“Ölkəmiz 2035-ci ilədək istilik effekti yaradan qazların emissiyalarının 40% azaldılması öhdəliyini götürüb”.

Bizim.Media xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.

O bildirib ki, Strateji Ekoloji Qiymətləndirmə planlaşdırmada mövcud strateji sənədlərlə uzlaşmanı tələb edir:
 

"Bu yanaşma ilə biz gələcək fəaliyyətlərimizin karbon izini və potensial ekoloji risklərini əvvəlcədən müəyyən edə, alternativ inkişaf variantlarını düzgün, elmi əsaslı məlumatlar əsasında qiymətləndirə, resurslardan səmərəli istifadə edə bilirik".


Nazir qeyd edib ki, Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində ekosistemlərin bərpası, münaqişə dövründə zərər görmüş ərazilərin və şəhərlərin yenidən canlandırılması fəaliyyətlərində Strateji Ekoloji Qiymətləndirmənin şəhər planlaşdırılmasına tətbiqi ətraf mühit, sosial və iqtisadi amillərin nəzərə alınmasında vacib rol oynayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin