Nazirlər Kabineti "Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları"nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, hökumətin "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 6 aprel 2007-ci il tarixli qərarı qüvvədən düşüb.
Qaydalar "Büdcə sistemi haqqında" qanununda dəyişiklik edilməsi barədə" 14 iyul 2025-ci il tarixli qanununun tətbiqi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında" dövlət başçısının 4 avqust 2025-ci il tarixli fərmanını icra etmək məqsədilə büdcə ilinin istənilən təqvim gününə vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi mexanizmini müəyyən edir.
Qaydalarda istifadə olunan anlayışlar "Büdcə sistemi haqqında" qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:09 / 21.05.2026
Vahid xəzinə hesabının idarə edilməsində YENİ QAYDA
Hazırda oxunan: Vahid xəzinə hesabının idarə edilməsində YENİ QAYDA
Hazırda oxunan: Vahid xəzinə hesabının idarə edilməsində YENİ QAYDA
614631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































