Bakıda nəqliyyat infrastrukturunun transformasiyası üzrə 2025-2030-cu illəri əhatə edən yol xəritəsi Prezidentin müvafiq Sərəncamı ilə təsdiqlənmiş dövlət proqramı çərçivəsində icra olunur. Proqram paytaxtın nəqliyyat sisteminin mərhələli və çevik şəkildə yenilənməsini nəzərdə tutur, şəhər mobilliyi layihələri urbanizasiya prosesləri ilə uzlaşdırılmaqla həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı regional idarəsinin rəisi Tərlan Səfərov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Bakı üzrə 368 ekoloji təmiz avtobus fəaliyyət göstərir, 140 kilometr avtobus zolağı yaradılıb.
“Son beş il ərzində gündəlik sərnişindaşımanın həcmi 32 faiz artıb və hər gün xəttə 2300 avtobus buraxılır. Genişlənən nəqliyyat şəbəkəsi çərçivəsində ildə təxminən 500 milyon sərnişin daşınır.
Eyni zamanda metro və regional dəmir yolu şəbəkələrinin genişləndirilməsi istiqamətində layihələr icra olunur, yeni xətlərin yaşayış məntəqələrini şəhərin əsas mərkəzləri ilə birləşdirməsi planlaşdırılır”, - deyə Tərlan Səfərov vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:40 / 21.05.2026
Bakıda 140 kilometr uzunluğunda avtobus zolağı yaradılıb
Hazırda oxunan: Bakıda 140 kilometr uzunluğunda avtobus zolağı yaradılıb
Hazırda oxunan: Bakıda 140 kilometr uzunluğunda avtobus zolağı yaradılıb
614562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































