Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı "Qaragöl" batalyonunun komandiri olub.
Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Özü isə Ağdam istiqamətində ağır yaralanıb.
Ə.Hüsiyev sonrakı illərdə Daxili Qoşunların Baş idarəsi və hərbi hissələrində müxtəlif vəzifələrdə çalışıb. ("Yeni Sabah")

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:42 / 21.05.2026
Keçmiş batalyon komandiri vəfat etdi - FOTO
Hazırda oxunan: Keçmiş batalyon komandiri vəfat etdi - FOTO
Hazırda oxunan: Keçmiş batalyon komandiri vəfat etdi - FOTO
614521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































