Dünən Samux rayonunda yas mərasimində zəhərlənənlərin sağlamlıq durumu açıqlanıb.
Gəncə Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 20.05.2026-cı il tarixində saat 17:00 radələrində 21 nəfər (13 qadın, 8 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
“Zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir”.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:14 / 21.05.2026
Samuxda yas mərasimində zəhərlənənlərin SON DURUMU
Hazırda oxunan: Samuxda yas mərasimində zəhərlənənlərin SON DURUMU
Hazırda oxunan: Samuxda yas mərasimində zəhərlənənlərin SON DURUMU
614512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































