Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Hazırda oxunan: Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

614508

20 may 2026-cı il tarixində Samux rayonunun Lək kəndində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Samuxda yas mərasimində kütləvi zəhərlənmə: uşaqlar da var


“Məlum olub ki, özlərini narahat hiss edən 21 nəfərə tibb müəssisəsində yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qidalardan müayinələrin aparılması üçün nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, dünən Samux rayonunun Lək kəndində yas mərasimində kütləvi zəhərlənmə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin