"Hantavirus"a qarşı peyvəndin olmamasının səbəbi AÇIQLANDI

Hazırda oxunan: "Hantavirus"a qarşı peyvəndin olmamasının səbəbi AÇIQLANDI

613594

Təhlükəli "Andes" hantavirusuna qarşı peyvəndin hələ də olmamasının səbəbi onun yaradılmasının iqtisadi və tibbi cəhətdən məqsədəuyğun hesab edilməməsidir.

Bizim.Media xəbər verir ki, bunu S.İ.Georgiyevski adına Tibb İnstitutunun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının müdiri Tatyana Satayeva "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.

O izah edib ki, son vaxtlara qədər planetdə bu patogenə yalnız tək-tük yoluxma halları qeydə alınırdı.

"Kruiz laynerində baş verən bir neçə tək-tük yoluxma halına görə təşvişə düşməyə dəyməz. Bu hallar insanların birbaşa yoluxmuş heyvanlarla təması ilə bağlıdır", — deyə Satayeva bildirib.

Həkim əlavə edib ki, vəziyyət tam nəzarət altındadır və real zərurət yaranacağı təqdirdə beynəlxalq birlik dərhal qoruyucu tədbirlər görəcək.

Bununla belə, tibb elmləri doktoru əminliyini bildirib ki, virusun gələcəkdə yayılma təhlükəsi yaranarsa, preparat operativ şəkildə hazırlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin