Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.
Portal.edu.az platformasının "Sertifikatlaşdırma" altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:33 / 16.05.2026
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırma imtahanlarının vaxtı və yeri açıqlandı - VİDEO
Hazırda oxunan: Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırma imtahanlarının vaxtı və yeri açıqlandı - VİDEO
Hazırda oxunan: Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırma imtahanlarının vaxtı və yeri açıqlandı - VİDEO
613565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































