Üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Hazırda oxunan: Üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

613542

Bakıda və Abşeron yarımadasında mayın 17-də, bəzi bölgələrdə isə 17-19-da güclü külək əsəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin