Alimlər xərçəng hüceyrələrinin böyüməsini dayandıran təbii vasitə aşkar ediblər.
Bizim.Media xəbər verir ki, araşdırmaya görə, noni meyvəsinin şirəsi mədə xərçəngi hüceyrələrinin məhvini sürətləndirir.
"Morinda citrifolia" adlı tropik bitkinin meyvələrindən hazırlanan bu içki xüsusi mexanizm sayəsində şiş hüceyrələrinin çoxalmasının qarşısını alır.
Alimlər həm laboratoriya şəraitində, həm də canlı orqanizmlər üzərində apardıqları sınaqlarda meyvə şirəsinin şişin irəliləməsini ləngitdiyini müşahidə ediblər. Analizlər göstərir ki, bu təbii vasitə "ferroptoz" adlanan hüceyrə ölümü prosesini işə salır. Bu zaman hüceyrələrdə dəmir toplanır və qabıq hissələri zədələnərək məhv olur.
Tədqiqatçılar qeyd edirlər ki, noni şirəsinin tərkibindəki apigenin, naringenin və kurkumol kimi maddələr xəstəliklə mübarizədə əsas rol oynayır.
Bu maddələr bədəndəki xüsusi siqnal yollarını dəyişdirərək xərçəng hüceyrələrinin yaşama qabiliyyətini minimuma endirir. (Demokrat.az)
Bizim.Media

































































































