Azərbaycan İlahiyyat İnstitutu ölkədə fəaliyyət göstərən azsaylı ali təhsil müəssisələrindən biridir ki, bu təhsil ocağını bitirən məzunların işlə təminat göstəricisi çox yüksəkdir.
Bu sözləri Bizim.Media-ya açıqlamasında İnstitutun rektoru Aqil Şirinov deyib.
O bildirib ki, İlahiyyat İnstitutunda iki ixtisas, islamşünaslıq və dinşünaslıq ixtisası üzrə mütəxəssislər hazırlanır:
"Dinşünaslıq ixtisasının əsas məqsədi müxtəlif dövlət qurumlarını din sahəsindəki mütəxəssislərlə təmin etməkdir. İslamşünaslıq ixtisasının isə əsas məqsədi islam dini sahəsində fəaliyyət göstərən din xadimləri hazırlamaqdır. Hər il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən imtahanlarda din xadimi kimi fəaliyyət göstərmək istəyən bir çox insan, o cümlədən, İlahiyyat İnstitutunun məzunları iştirak edir. Məzunlar bu imtahandan keçdikdən sonra müxtəlif dini ocaqlarımızda işlə təmin olunurlar".
Rektor qadın məzunların işlə təminatı ilə bağlı suala isə cavabında qeyd edib ki, məscidlərimizdə qadınlar qadın dini ayinlərin icrası kimi fəaliyyət göstərirlər:
"Qadınlar imam kimi fəaliyyət göstərə bilmirlər. Amma qadınlar, o cümlədən, bizim də məzunlar daha çox məscidlərdə ibadət üçün gələn qadınlarla bağlı məsələni, yəni dini ayinləri həyata keçirirlər. Onların yas mərasimlərində iştirakı məscidin fəaliyyətinə daxil deyil".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:17 / 14.05.2026
Aqil Şirinov: “İlahiyyat İnstitutunun məzunlarının işlə təminatı yüksək səviyyədədir”
Hazırda oxunan: Aqil Şirinov: “İlahiyyat İnstitutunun məzunlarının işlə təminatı yüksək səviyyədədir”
Hazırda oxunan: Aqil Şirinov: “İlahiyyat İnstitutunun məzunlarının işlə təminatı yüksək səviyyədədir”
613083
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































