Akif İslamzadənin vəziyyəti açıqlandı

Hazırda oxunan: Akif İslamzadənin vəziyyəti açıqlandı

612431

Ötən həftə infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən və ürəyinə stent qoyulan Akif İslamzadənin vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, Akif İslamzadənin ümumi vəziyyəti ağır stabil olaraq qalır.

“Xəstənin huşu aydındır. Hemodinamik vəziyyətinə uyğun olaraq xəstə aktivləşdirilib.
 

Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir”.


Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin