"Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisiant CƏZALANDIRILDI

Hazırda oxunan: "Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisiant CƏZALANDIRILDI

612107

Bakı şəhər Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranında iş yoldaşını döyən ofisiantın məhkəməsi keçirilib.

Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, məhkəmə 2006-cı il təvəllüdlü Kamran Həsənovu Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilib.
 

Məlum olub ki, hadisənin baş verdiyi gün 20 yaşlı Kamran onunla birgə ofisiant işləyən Rza ilə dalaşıb. Kamran Rzaya yaxınlaşaraq arxasınca "dəli" sözünü işlətməsinə və ona baxıb gülümsəməsinə irad bildirib.


Bundan sonra hər iki şəxs restoranın zirzəmisinə gedərək mübahisəni davam etdiriblər. Nəticədə, Kamran Rzanın sifətinə zərbələr endirərək ona xəsarətlər yetirib.

Məhkəmənin hökmü ilə ofisiant yoldaşını döyən gəncə 1100 manat cərimə cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin