Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrə görə, ölkə üzrə 8 nəfər maksimum nəticə göstərib.
Bizim.Media xəbər verir ki, 300 ballıq maksimum nəticə ilə ölkə birincilərindən olan Bakı şəhəri 103 nömrəli məktəbin şagirdi İsmayılzadə Nərgiz imtahan təəssüratlarını “Trend.az”la bölüşüb.
Ölkə birincisi olan Nərgiz bildirib ki, imtahan nəticələrini atasından öyrənib.
"Onun sevincli səsini eşidəndə məlum oldu ki, ölkə birincilərindən olmuşam. Çox sevindim və həyəcanlandım. Ölkə birincilərindən olmaq çox gözəl hissdir. İmtahan sualları ümumilikdə çətin deyildi. Mənim üçün ən rahat fənn ingilis dili oldu".
Nərgiz qeyd edib ki, 4-cü ixtisas qrupu üzrə hazırlaşmağı planlaşdırır:
"Gələcəkdə tibb sahəsini seçməyi düşünürəm. Xüsusilə cərrah olmaq istəyirəm. Hazırda əsas hədəfim Qarabağ Universiteti-ndə təhsil almaqdır".
"İmtahana hazırlaşan şagirdlərə tövsiyəm odur ki, çox çalışsınlar və hər gün mütəmadi şəkildə dərs oxusunlar. Davamlı hazırlıq uğurun əsas açarıdır", - o, əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:56 / 09.05.2026
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı
Hazırda oxunan: 300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı
Hazırda oxunan: 300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı
612077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































