Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

Hazırda oxunan: Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR

612027

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media nümayəndələrinin iştirakı ilə təlim-treninq keçirilib.

Bizim.Media xəəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov çıxış edərək Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası və tədbirin məqsədi barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
 

Təlim-treninqin əvvəlində iştirakçılar "İnformasiya təhlükəsizliyi, dövlət sirrinin qorunması", "Dezinformasiyaya qarşı mübarizə və böhran kommunikasiyası", "Ordu-cəmiyyət münasibətləri, vətənpərvərlik təbliği və ictimai diplomatiya", "Media ilə qarşılıqlı fəaliyyət, ictimai nəzarət və sosial məsuliyyət", "Hərbi etik normalar və peşə məsuliyyəti" və digər mövzularda nəzəri biliklərə yiyələniblər.


Sonra media nümayəndələri Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin hərbi hissələrində şəxsi heyətin gündəlik fəaliyyətini izləyib və yaradılan şəraitlə yaxından tanış olublar.

Hərbi hissələrə səfər zamanı bölmələrin arsenalında olan müasir silah və döyüş texnikası qonaqlara təqdim edilib.

Təlim-treninqin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənildikdən sonra iştirakçılara sertifikatlar təqdim olunub.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin