Zaqatalada bir gündə itkin düşən 8 şəhid yad olundu – FOTO

Hazırda oxunan: Zaqatalada bir gündə itkin düşən 8 şəhid yad olundu – FOTO

611989

Birinci Qarabağ döyüşlərinə qatılan 8 döyüşçü Şuşa istiqamətində gedən döyüşlərdə itkin düşüblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün Zaqataladakı itkin şəhid məzarlığı yenə insanların ziyarət axını ilə müşahidə olunub.

Birinci Qarabağ müharibəsi zamanı Zaqataladan milli orduya qatılan yüzlərlə könüllülərdən 8 nəfəri eyni gündə, eyni döyüş şəraitində itkin düşərək şəhidlik zirvəsinə ucalıblar.

Bunlar qəhrəman döyüşçülər Abdulla Eminov və Afər Mütəlibov Zaqatala şəhər, Aslan Babasiyev və Bayram Səfərov Aşağı Tala kənd, Əhməd Abdilov, Akif Rəsulov və Oruc Rəsulov Muğanlı kənd, Əkbər Məmmədov isə Çobankol kənd sakinləridir.
 

Onların taleyi illərdir ailələrinin qəlbində sağalmayan yara, xalqımızın yaddaşında isə silinməyən bir iz buraxıb. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Çünki torpaq uğrunda itkin düşənlər, əslində millətin qəlbində əbədi yaşayırlar.


Səhər saatlarından itkin şəhidlərin xatirəsinə Car kənd qəbiristanlığında ucaldılan abidəni yüzlərlə yerli sakin, şəhid ailə üzvləri, qazilər ziyarət edərək dualar oxuyur, tər çiçəklər düzürlər.

Digər itkin şəhid ailələri kimi bu qəhrəmanlarımızın da ailə üzvləri inanır ki, onların övladları nə zamansa geri dönəcək ya nəşləri tapılaraq doğma yurdlarında dəfn olunacaqlar.
















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin