Qırğızıstan Bakıda səfirlik binasının inşası üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət edib.
Bizim.Media xəbər verir ki, bunu “apa.az”a müsahibəsində Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.
“Biz Bakıda tamhüquqlu səfirliyin tikintisi üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət etmişik. Müvafiq bina və qurğularla səfirliyin tikintisi niyyətimiz iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsində maraqlı olduğumuzu sübut edir. Ümid edirik ki, məsələ müsbət həll olunacaq”, - səfir qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:06 / 05.05.2026
Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - MÜRACİƏT
Hazırda oxunan: Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - MÜRACİƏT
Hazırda oxunan: Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - MÜRACİƏT
611380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































