Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub.
Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov tərəfindən imzalanan müvafiq əmrlə Rusif Əlövsət oğlu Quliyev Şəmkir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Təyinata əsasən, Rusif Quliyev artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Rusif Quliyev bundan əvvəl, 2018-ci ildən etibarən Bərdə rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:30 / 05.05.2026
Nazir onu rəis təyin etdi
Hazırda oxunan: Nazir onu rəis təyin etdi
Hazırda oxunan: Nazir onu rəis təyin etdi
611233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































