Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

Hazırda oxunan: Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

611200

Gəncədə yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bizim.Media xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində baş verib.

Prospektdə hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetmədən çıxıb. Avtomobil əvvəlcə yol kənarında dayanan “Chevrolet” markalı maşına, daha sonra ağaca çırpılıb. Sonda isə avtomobil köşkə dəyib.

Qəza zamanı ərazidə təmizlik işləri aparan, 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobillə köşkün arasında sıxılıb qalıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin