“Kontakt” mağazalar şəbəkəsinin hər kəsə seçim azadlığı tanıyan “Qoşa seç, 100 000 apar” kampaniyası sevindirməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti final tədbirində daha bir ailə tam-tamına 100 000 AZN-lik böyük pul mükafatının sahibi olub.
20-yə yaxın finalçının iştirak etdiyi o həyəcanlı günün şanslısı bir nəfər - evdar xanım Zeynalova Gülnarədir. Gülnarə xanımın uduş hekayəsi sadəliyi ilə seçilir. O, evinin yaxınlığında yerləşən “Kontakt”ın Bakıxanov mağazasından cəmi 220 AZN dəyərində qazan dəsti alaraq kampaniyaya qoşulmuşdu. Final günü zərlər onun əvvəlcədən bəyan etdiyi qoşa rəqəmdə dayandığı an Gülnarə xanım 100 000 AZN-lik böyük mükafatın sahibi oldu. Görünür, həmin qazanların onun mətbəxinə gətirdiyi bərəkət təsəvvür ediləndən daha böyük olub.
Günün qəhrəmanı bu böyük uduşu təkcə özü üçün deyil, həm də başqaları üçün bir işıq ucu hesab edir:
“Mən bu qazanları övladlarımın ruzisi üçün almışdım. Heç ağlıma da gəlməzdi ki, bu alış-veriş mənə 100 000 manat qazandırar. Bu pulu uşaqlarımın təhsili üçün ayıracam, amma mütləq bir hissəsini ehtiyacı olanlarla paylaşacam. Çünki inanıram ki, sevinc paylaşıldıqca çoxalır”.
Qeyd edək ki, bu günədək 5 nəfərin qalib olduğu kampaniyada ümumilikdə 300 000 AZN qazanılıb. “Qoşa seç, 100 000 apar” kampaniyasını unikal edən əsas məqam iştirakçıların uduşlu qoşanı özlərinin təyin etməsidir. Üstəlik, qaydalar da sərfəlidir: finala qədərki mərhələlərdə qazanılan məbləğlər heç bir halda itirilmir və müştəridə qalır.
Kampaniya isə eyni sürət və eyni mükafat fondu ilə hələ ki davam edir. Şərtlər barədə daha ətraflı məlumat üçün buraya daxil ola bilərsiniz.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:46 / 04.05.2026
“Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı
Hazırda oxunan: “Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı
Hazırda oxunan: “Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı
611037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































