Lənkəranda çay evində dava qanla bitdi

Hazırda oxunan: Lənkəranda çay evində dava qanla bitdi

610976

Lənkəran rayonunda bıçaqlanma ilə nəticələnən insident qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində fəaliyyət göstərən çay evlərindən birində baş verib.

Məlumata görə, kənd sakinləri arasında baş verən münaqişə zamanı 42 yaşlı Eldəniz Hüseynov 36 yaşlı Samik Qadir oğlu Bayramovu kəsici-deşici alətlə yaralayıb.
 

Xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin müayinəsi zamanı ona döş qəfəsi və bud nahiyəsindən kəsilmiş-deşilmiş yaralar diaqnozu qoyulub. Yaralının cərrahi müdaxiləyə götürüldüyü bildirilir.


Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Baş vermiş fakt üzrə araşdırma davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin