"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Hazırda oxunan: "15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

610966

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətlərdə paytaxt sakinləri bildiriblər ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki 15 ildir tikilən binada hələ də mənzillərinə çıxarış ala bilməyiblər.

Bizim.Media xəbər verir ki, onların sözlərinə görə, bu müddət ərzində döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb, lakin nəticə dəyişməyib.
 

"Mən buraya altı ildir köçmüşəm. 15 ildir ki, bu bina tikilib, amma bizə sənəd verilmir. Hər dəfə 50 cür bəhanə gətirirlər. Mən evi alanda dedilər ki, iki ay sonra çıxarış veriləcək. Lakin heç nə yoxdur", - sakinlərdən biri qeyd edib.


Başqa bir sakin isə bildirib:

"Heç bir xəstəxanaya, məktəbə qeydiyyata düşə bilmirik. Uşaqlar üçün çox çətin olur".

Fövqəladə Hallar Nazirliyi mövcud vəziyyətlə bağlı açıqlama verərək bildirib ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 27D ünvanında inşa olunan yaşayış binası Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli fərmanına uyğun olaraq siyahıya daxil edilib.

Lakin yanğın təhlükəsizliyi sahəsindəki mövcud çatışmazlıqlar hələ də aradan qaldırılmadığı üçün binanın istismara verilməsi barədə müvafiq rəyin verilməsi mümkün olmayıb.

Qeyd edilib ki, istismara icazə verilməyən binalarda məskunlaşma yolverilməzdir.

Mənzil Məcəlləsinin 123.0.4-cü maddəsinə əsasən, istismarda olan çoxmənzilli binalarda ümumi əmlakın texniki vəziyyətinin təmin edilməsi binanın idarəedici təşkilatının vəzifəsidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin