Faktiki hava: Bakıda küləyin sürəti güclənib

Hazırda oxunan: Faktiki hava: Bakıda küləyin sürəti güclənib

610873

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağıntılı olub.
 

Düşən yağıntının miqdarı Lerikdə 5, Lənkəranda 4, Quba, Astarada 3, Sədərəkdə 2, Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Zaqatala, Balakən, Şəki (Kişçay), Qəbələ, Qusar, Xaltan, Şabran, Tərtər, Yardımlıda 1 mm-dək qeydə alınıb.


Mayın 3-də gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 21 m/s-dək güclənib.

Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 27, Aran rayonlarında 24, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin