Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Hazırda oxunan: Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

610748

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov yüksək nəticə göstərmiş şagirdlərlə görüşüb.

Mayın 2-də keçirilən görüşdə buraxılış imtahanında maksimum – 300 bal toplayan və Respublika Fənn Olimpiadasında riyaziyyat üzrə gümüş medal qazanan Yuxarı Zeyxur kənd tam orta məktəbinin XI sinif şagirdi Emiliya Qayıbova, həmçinin coğrafiya fənni üzrə qızıl medal qazanan, ardıcıl iki ildə qızıl və gümüş medallara layiq görülən Hil kənd Kərim Kərimov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qəhrəman Məlikov iştirak ediblər.

Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri, şagirdlərin valideynləri, məktəb direktorları və müəllimlər də iştirak ediblər.
 

Sahir Məmmədxanov şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb. O, təhsilin cəmiyyət üçün strateji əhəmiyyətini vurğulayaraq, bilikli və vətənpərvər gənclərin ölkənin gələcəyinin təminatı olduğunu qeyd edib. İcra başçısı şagirdlərə daha böyük əzmlə çalışmağı, elmi biliklərini artırmağı və qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün səylərini davam etdirməyi tövsiyə edib.


Şagirdlər əldə etdikləri uğurların onlarda həm qürur, həm də məsuliyyət hissi yaratdığını bildirərək, gələcəkdə də səylə çalışacaqlarını və biliklərini ölkənin inkişafına yönəldəcəklərini qeyd ediblər.

Sonda şagirdlərə Qusar Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamına əsasən pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin