Ağstafada evdə YANĞIN – VİDEO

Hazırda oxunan: Ağstafada evdə YANĞIN – VİDEO

610696

Ağstafada yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Dağkəsəmən kəndində fərdi evdə qeydə alınıb.
 

İlkin versiyaya görə yanğın kənd sakini Mahir İsmayılovun yaşadığı evin arxa hissəsində yerləşən yardımçı otaqda baş verib. Əraziyə FHN - nin Ağstafa və Qazax rayonlarinin Yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının yaşayış evinə keçməsinin qarşısı alınıb.


Hadisə nəticəsində yardımçı otağın 10 kv-m-lik hissəsi yanıb. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin