Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Hazırda oxunan: Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

610649

Bakının küçə və prospektlərində mayın 4-dək aparılacaq təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, 4 nömrəli marşrut ("Nəriman Nərimanov" m/st istiqaməti):

Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;

20 nömrəli marşrut (Uşaq Klinik Xəstəxanası istiqaməti):

Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi – Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq). Əks istiqamətdə isə Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq) - Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;

61 nömrəli marşrut (9-cu mikrorayon istiqaməti):

Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

83 nömrəli marşrut ("Gənclik" m/st istiqaməti):

Səməd Vurğun küçəsi - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları - Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi – Vaqif prospekti. Əks istiqamətdə isə Ceyhun Hacıbəyli küçəsi - Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

85 nömrəli marşrut ("28 May" m/st istiqaməti):

Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti. Əks istiqamətdə isə – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi;

88 nömrəli marşrut ("Dərnəgül" m/st istiqaməti):

Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;

88A nömrəli marşrut ("Azadlıq prospekti" m/st istiqaməti):

Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin