Azərbaycan əhalisinin bu aydakı ödənişləri ƏN YÜKSƏK həddə çatıb

Hazırda oxunan: Azərbaycan əhalisinin bu aydakı ödənişləri ƏN YÜKSƏK həddə çatıb

610636

Bu ilin mart ayında Azərbaycanda POS-terminallar vasitəsilə aparılmış nağdsız əməliyyatların sayı ən yüksək həddə çataraq 7,364 milyon əməliyyat, ümumi məbləğ isə 201 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı 2,298 milyon və ya 45,4 faiz artıb, əməliyyatların həcmi isə 43 milyon manat və ya 27,2 faiz azalıb.

Ötən ilin mart ayında Azərbaycanda POS-terminallar vasitəsilə aparılmış əməliyyatların sayı 5,066 milyon, ümumi məbləği isə 158 milyon manat olub.

Qeyd edək ki, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 62 min ədəd artıb və ümumilikdə 22 milyon 409 min ədəd təşkil edib. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin