İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

Hazırda oxunan: İsmayıllıda 4 kəndin rayonla əlaqəsi kəsildi - SƏBƏB- FOTO

610629

Son günlər yağan intensiv yağışlar bölgədə ciddi fəsadlara səbəb olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Girdiman çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Çəndəhar kəndinə gedən yeganə avtomobil yolu tamamilə dağılıb.

Nəticədə Çəndəharla yanaşı rayonun Həftəsov, Zarat və Brovdal kəndləri ilə rayon arasında olan nəqliyyat əlaqəsi məhdudlaşıb. Yolun bağlanması səbəbindən sakinlərin gündəlik gediş-gəlişi dayanıb.
 

Hazırda aidiyyəti qurumların ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Yolun bərpası istiqamətində işlərə başlanılıb. İlkin mərhələdə çayın məcrasının dəyişdirilməsi və suyun digər istiqamətə yönəldilməsi nəzərdə tutulur. Paralel olaraq kəndlərə gedən yolun yenidən qurulması istiqamətində zəruri tədbirlər görülür.


Məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsi Tehran Manaflı yerli büromuza bildirib ki, bir həftədən çox davam edən intensiv yağışlar nəticəsində Girdiman çayında suyun səviyyəsi artıb.

Bunun nəticəsində nümayəndəliyə daxil olan kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sel suları əkin sahələrinə və yolların infrastrukturlarına ziyan vurub.

Hazırda yağışların səngiməsi ilə əlaqədar olaraq aidiyyatı qurumlar tərəfindən çay yatağının dəyişdirilməsi istiqamətində işlərə başlanılıb və gün ərzində problemin aradan qaldırılması gözlənilir.

Hazırda ərazidə bərpa işləri davam etdirilir.
















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin