D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

Hazırda oxunan: D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

610604

Hamı D vitamininin orqanizm üçün vacib olduğunu bilir. Bəzən isə ehtiyac olub-olmadığını yoxlamadan, həkim məsləhəti almadan reseptsiz şəkildə D vitamini qəbul edənlər də az deyil.

Son günlər isə bununla bağlı yeni fikirlər yayılıb: bildirilir ki, D vitamini və xolesterin qanda “spirt” yaradır, yəni alkoqol qəbul etməsən də içkili sayılırsan.

Bəs bu nə dərəcədə doğrudur? Həqiqətənmi vitamin qəbul etmək belə bir nəticəyə səbəb ola bilər?

Həkim Vüqar Məmmədov bunu belə izah edir ki, xolesterin və D vitamini steroid sayılır.

“Steroid adı ona görə deyilir ki, quruluşca çox yaxındırlar. Steroidlər eyni tip “skeletə” sahib olan maddələrdir. Steroidlərə xolesterin, vitamin D, hormonlar – testosteron, estrogen, kortizol və s.  daxildir. Xolesterinə xolesterol da demək olar, yəni spirtdir. Ona görə də sadalananların artıq olması, orqanizmdə içilmədiyi halda belə spirtin olması deməkdir”.  
 

Lakin bu spirti xaricdən, yəni ağız vasitəsilə qəbul olunan spirtlə qarışıq salmaq olmaz.  İçkilərdə olan spirt etanol adlanır. Bu, tam fərqli maddədir və sərxoşluq yaradan da məhz budur. Xolesterin və D vitamini isə sərxoş etmir. Çox nadir hallarda orqanizmdə bağırsaqda həddən artıq fermentasiya nəticəsində spirt səviyyəsi arta bilər.


Yəni bəzilərinin iddia etdiyi kimi D vitaminin qəbulu yol polisinin nəfəs ölçən cihazında spirt kimi özünü göstərmir. Həmin cihaz etanol aşkar edir. Bu da adətən yalnız spirtli içki qəbul etdikdə yüksəlir. Nəfəsə keçib ölçüləcək formada olmur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin