Sosial şəbəkələrdə Maştağada yerləşən 1 Saylı Ruhi Dispanserindən bir qrup xəstənin qaçdığı iddia olunur.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı həm qəsəbə vətəndaşları arasında təşviş yaranıb, sosial şəbəkələrdə yayılan iddialarda qeyd edilib. Hətta bununla bağlı sosial şəbəkələrdə təşviş yaradacaq fotolar yayılıb.
Bizim.Media mövzuyla əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.
Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:43 / 01.05.2026
Maştağadakı ruhi dispanserdən xəstələrin qaçması dezinformasiyadır - RƏSMİ
Hazırda oxunan: Maştağadakı ruhi dispanserdən xəstələrin qaçması dezinformasiyadır - RƏSMİ
Hazırda oxunan: Maştağadakı ruhi dispanserdən xəstələrin qaçması dezinformasiyadır - RƏSMİ
610576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































