Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA

610567

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb.

Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır".

***14:57

Xəbər verildiyi kimi ötən gün Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş vermişdi. 

Partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat etmiş, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdi. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirli az öncə dünyasını dəyişib.
 

MÖVZU İLƏ BAĞLI: 

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ – Ölən və yaralanan var – ÖZƏL 


Qeyd edək ki, fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Araşdırma davam etdirilir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin