Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

Hazırda oxunan: Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

610545

“İnsanların bir ölkədən başqa ölkəyə getməsi, orada işləməsi, ailə qurması, mülkiyyət əldə etməsi hər biri qanunla tənzimlənən sistemdir. Mən də bunu dəstəkləyirəm. Lakin burada aliment verən tərəfin böyük əksəriyyəti Azərbaycan tərəfi olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada və bəzi ölkələrdə nikaha giriblər, evləniblər, dünyaya uşaq gətiriblər. Neçə onillikdən sonra köçüb vətənə qayıdıblar. İndi məhkəmə qaydasında həmin uşaqların saxlanılması üçün aliment tələb olunanda bu aliment ödənməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclsiin bugünkü plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Biz gələcəkdə ölkəmizdə aliment fondunun yaradılmasını fikirləşirik. Belə olsa, elə aliment fondunun böyük əksəriyyəti onlara gedəcək. O baxımdan hesab edirəm ki, burada hansısa bir forma düşünməliyik”, – deputat qeyd edib.

Günay Şahmar, Bziim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin