“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

Hazırda oxunan: “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

610523

Milli Onkologiya Mərkəzində partlayış törədən şəxsin müharibə iştirakçısı olması ilə bağlı yayılan xəbərlər yalandır.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ – Ölən və yaralanan var – ÖZƏL 


Ekspert araşdırma nəticəsində müəyyən edib ki, Mübariz Əliyev nə müharibə iştirakçısı, nə də müharibə əlilidir: 

“1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin ictimaiyyətə müharibə qazisi kimi təqdim olunduğunu gördüm. Kiçik bir araşdırma apardım. Məlum oldu ki, işğaldan azad edilən rayonların birində anadan olan Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. Səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısı, nə də müharibə əlilidir.

Son illərdə xaricdə oturan bəzi üzdəniraq “media” mənsubları harda neqativ hadisə baş verirsə, dərhal müharibə iştirakçılarının bu proseslərdə adını hallandırmaqla ictimaiyyət arasında gərginlik yaratmağa və bununla da səhifələrində geniş izləyici kütləsi toplamağa çalışırlar. Üzdə müharibə iştirakçılarını guya müdafiə etdiklərini göstərməyə, əslində isə alt şüurda müharibə iştirakçılarını ictimaiyyətə bandit, quldur və terrorçu imicində təqdim etməyə çalışırlar.

Dəyərli izləyicilər, hər oxuduğumuz və eşitdiyimiz xəbər doğru olmaya bilər. Etibarlı mənbələri izləyin.

Əlbəttə ki, bu, xoşagəlməz bir hadisədir. Ümid edirəm ki, hüquq-mühafizə orqanları ətraflı araşdırma aparacaq, hadisənin səbəb və nəticələri barədə ictimaiyyətə geniş məlumat verəcəklər” - Ə.Verdiyev yazıb.

Qeyd edək ki, onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev partlayış zamanı ölüb, Onkologiya Mərkəzinin həkimi Asif Nəsirov isə ağır xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin