Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu

Hazırda oxunan: Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu

610116

Müxtəlif şəxsləri Bakıda məktəbə müəllim işinə düzəltmək adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cəbrayıl Qəmbərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, C.Qəmbərov 7 il müddətinə azadlıqdan məhrum olunub.
 

Qeyd edək ki, təqsirləndirilən əvvəllər Bakı Biznes Universitetində metodist-müəllim vəzifəsində çalışıb. O, vətəndaşları orta məktəbdə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə qəbul etdirəcəyi vədi ilə aldadaraq, onların külli miqdarda pulunu mənimsəyib.


Cəbrayıl Qəmbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilərək barəsində ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmişlərə vurulan ziyanın ümumi miqdarı 200 min manatdan çoxdur. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin