Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

Hazırda oxunan: Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə YENİLİK

609812

Vətəndaşların müraciətlərinə dair tələblər artırılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, yazılı müraciətdə müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimi (elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə), müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılması istənildiyi halda müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan göstərilməlidir.
 

Sənədə görə, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil ediləcək, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndəriləcək, yaxud EHİS üzərindən təqdim olunacaq.


Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasında elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavab verilməklə baxılacaq.
 

Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər, habelə müraciətin EHİS üzərindən cavablandırılması istənildiyi hal istisna olmaqla) yuxarıda qeyd olunan məlumatlar göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab veriləcək.


Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər “Elektron hökumət” sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək məqsədi daşıyır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin