Lerikdə yük maşını dərəyə aşdı: Ölən var – FOTO

Hazırda oxunan: Lerikdə yük maşını dərəyə aşdı: Ölən var – FOTO

609652

Lerik rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə günorta saatlarında rayonun Nəsədi kəndi ərazisində qeydə alınıb.
 

İlkin məlumata görə, “QAZ-66” markalı yük avtomobilini idarə edən Astara rayonunun Motlayataq kənd sakini, 27 yaşlı Həmzə Mirseyidzadə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.


Qəza zamanı ağır xəsarətlər alan sürücü yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti ekspertiza məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin