Abituriyentlərin NƏZƏRİNƏ: Buraxılış imtahanlarının sual sayı AZALDILDI - RƏSMİ

Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ: Buraxılış imtahanlarının sual sayı AZALDILDI - RƏSMİ

609635

"2027-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanında xarici dil fənniylə bağlı bəzi yeniliklər tətbiq ediləcək". 

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında qeyd edib.

O, həmin yenilikləri açıqlayıb: 

"Xarici dil fənni üzrə imtahan suallarının  sayı 30-dan 26-ya azaldılacaq. Bunlardan 25-i qapalı, 1-i  isə yazı tapşırığı olacaq. Əvvəlki modeldə həm açıq, həm də qapalı suallar var idi. Növbəti ildən isə imtahanda 2 oxu mətni, hər biri üzrə isə 4 qapalı sual olacaq. Dinləyib-anlama üzrə də 1 mətn, ona aid 4 sual təqdim ediləcək. Bunlar isə şagirdlər üçün yeni olmayacaq, çünki onlar 9-cu sinifdə dinləyib-anlama üzrə imtahan veriblər". 

Könül Hacıyeva bildirib ki, şagirdlər yeni yazı tapşırığı üzrə ən azı 100 sözdən ibarət mətn yazmalıdırlar. 

"Yazı bacarığının qiymətləndirilməsi üzrə şagirdin öz fikrini qısa şəkildə təqdim etməsi üçün yazı tapşırığı hazırlanıb. Bu tapşırıq da şagirdlər üçün yeni deyil, çünki Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklərdə bu bacarığın təkmilləşdirilməsi üzrə nümunələr var. Şagird bu yazı tapşırığında verilmiş fikrə, suala öz münasibətini ən az 100 sözdən ibarət mətnlə təqdim etməlidir".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin